Beynəlxalq Əmək Təşkilatı

1919-cu ildə yaradılmış beynəlxalq təşkilatdır. Bu təşkilatın qərargahı Cenevrədə yerləşir. BMT-nin xüsusi bölməsini təmsil edir (1946-cı ildən), müxtəlif ölkələrin əhalisinin əmək və sosial təminatı şəraitinin yaxşılaşdırılması problemləri ilə, əmək qanunvericiliyinə dair tövsiyələrin hazırlanması ilə məşğul olur.
Beynəlxalq Əmək Bölgüsü
Beynəlxalq Əmtəə Birjaları
OBASTAN VİKİ
Beynəlxalq Əmək Təşkilatı
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
Beynəlxalq Əmək Günü
Beynəlxalq Əmək Günü (Bir may bayramı və ya Əmək bayramı) — Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı – qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır. == 1 May bayramının yaranma zərurəti == Bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15–16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir. Bəs bu tarixi proses və onun məntiqi nəticəsi olan 1 May bayramı necə meydana gəldi? XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: "Azad düşüncə – 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı. Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar. Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.
Beynəlxalq əmək bölgüsü
== Beynəlxalq əmək bölgüsü == Beynəlxalq əmək bölgüsü (BƏB) BİM-in mahiyyətini açan əsas kateqoriyadır. Bu özünü onda göstərir ki, dünyanın istənilən ölkəsi bu və ya digər formada BƏB-ə cəlb olunub. Müasir dünyada BƏB-də iştirak ölkənin qarşısında duran daxili və xarici vəzifələrin yerinə yetirilməsinin, ölkələr arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin qurulmasının vacib vasitəsidir. BƏB-də iştirak ölkələrə daha az xərc htiyaclarını ödəməyə və beləliklə də, əlavə iqtisadi səmərə əldə etməyə imkan verir. BƏB-in mahiyyətini açmağa keçməmişdən əvvəl ilk olaraq ölkə daxilində əmək bölgüsünün necə baş verdiyini qısaca olaraq nəzərdən keçirək. Ümumiyyətlə, əmək bölgüsü tarixən müəyyən olunmuş ictimai əmək sistemidir. O, cəmiyyətin inkişaf prosesində istehsal fəaliyyətinin differensiallaşması nəticəsində bərqərar olur. Dünyanın istənilən ölkəsində ayrıca götürülmüş heç bir müəssisə həmin ölkənin cəmiyyətinə lazım olan bütün məhsulları istehsal etmək iqtidarında deyildir. Hər bir müəssisə müəyyən növ məhsulların hazırlanması üzrə ixtisaslaşır, yəni müəssisələrin ixtisaslaşması baş verir. O özünü bir neçə formada – predmet, peşəkar və ərazi ixtisaslaşmaları formasında göstərir.
Beynəlxalq Bakalavriat Təşkilatı
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. == Proqramlar == === Diplom Proqramı === Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.
Beynəlxalq Dəniz Təşkilatı
Beynəlxalq Dəniz Təşkilatı (BDT) (ing. International Maritime Organization — IMO)- BMT-nin ixtisaslaşmış müəsisəsi, ticarət gəmiçiliyinin inkişafında və dəniz hüququnun unifikasiya edilməsində hökumətlərin əməkdaşlığını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilat. 1948-ci ildə Cenevrədə BMT-nin dəniz konfransında təsis edilmişdir. 1958-ci ildə "Hökumətlərarası dəniz məsləhətləşmə təşkilatı" (İMKO) adı ilə fəaliyyətə başlamışdır. 1982-ci ildən Beynəlxalq Dəniz Təşkilatı adlanır. Üzv dövlətlərin sayı- 170. BDT-nin rəsmi məqsədi beynəlxalq ticarət gəmiçiliyinə aid istənilən texniki məsələlərdə hökumət tənzimlənməsi və praktika sahəsində hökumətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi , dənizin gəmilər vasitəsilə çirklənməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təqdir etmək və buna şərait yaratmaq, təşkilatın məqsədilə əlaqədar inzibati və hüquqi məsələləri nəzərdən keçirməkdir. BDT 50-dən artıq beynəlxalq sənəd, o cümlədən dənizdə insanların həyatının qorunması, dənizçilərin hazırlanması, dəniz gəmiçiliyinin təhlükəsizliyinə zidd olan qanunsuz hallara qarşı mübarizə, gəmilərin dənizdə toqquşmasının qarşısının alınması üçün beynəlxalq qaydalar, yüklərin markalanması, dənizdə axtarış və xilasetmə məsələlərinə, dənizlərin neftlə çirkləmnməsindən dəyən zərərə görə mülki məsuliyyət, gəmilərin ölçülməsi və başqa məsələlərə dair konvensiyalar qəbul edilmişdir. Konvensiyalardan əlavə, BDT-nin assambleyası , Dənizdə Təhlükəsizlik Komitəsi, Dəniz Mühitinin Qorunması Komitəsi üzv dövlətlər üçün gəmilərin dənizdə üzməsi məsələlərinə dair məcburi olmayan tövsiyələr, məcəllələr və sənədlər qəbul edir. == BDT-nin rəhbər orqanları == BDT-nin rəhbər orqanları assambleya, şura, Dənizdə Təhlükəsizlik Komitəsi, Hüquq Komitəsi, Dəniz Mühitinin Qorunması Komitəsi, Texniki Əməkdaşlıq Komitəsi, Formal Qaydaların Sadələşdirilməsi Komitəsi və katiblikdir.
Beynəlxalq Hidroqrafiya Təşkilatı
Beynəlxalq Hidroqrafiya Təşkilatı (ingiliscə International Hydrographic Organization) — üzv-dövlətlərinin hidroqrafik fəaliyyətlərinin koordinasiyası məqsədilə 1921-ci ildə yaradılmış beynəlxalq təşkilat. İlkin dövrdə "Beynəlxalq Hidroqrafik Büro" (ingiliscə International Hydrographic Bureau) adlanırdı. Mənzil qərərgahı Monakoda yerləşir.
Beynəlxalq Miqrasiya Təşkilatı
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) hökumətlərə və miqrantlara miqrasiya ilə bağlı xidmətlər və məsləhətlər verən Birləşmiş Millətlər Təşkilatıdır. , o cümlədən məcburi köçkünlər, qaçqınlar və işçi miqrantlar. BMqT 1951-ci ildə Avropa Miqrasiya üzrə Hökumətlərarası Komitə (ICEM) kimi İkinci Dünya Müharibəsi zamanı məcburi köçkün insanların məskunlaşmasına kömək etmək məqsədilə yaradılmışdır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatına çevrildi. Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin miqrasiya sahəsində fəaliyyət göstərən əsas agentliyidir. BMqT hökumətlərə və miqrantlara xidmətlər və məsləhətlər verməklə humanist və nizamlı miqrasiyanı təşviq edir. BMqT miqrasiya idarəçiliyinin dörd geniş sahəsində işləyir: miqrasiya və inkişaf, miqrasiyanın asanlaşdırılması, miqrasiyanın tənzimlənməsi və məcburi miqrasiyanın həlli. == Tarix == BMqT 1951-ci ildə İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın xaos və yerdəyişməsi nəticəsində yaranıb. O, ilk olaraq Avropadan Miqrantların Hərəkatı üzrə Müvəqqəti Hökumətlərarası Komitə (PICMME) kimi tanınırdı. Müharibə nəticəsində kökündən qovulmuş təxmini 11 milyon insan üçün köçürülmə ölkələrini müəyyən etməkdə Avropa hökumətlərinə kömək etmək səlahiyyəti olan BMqT 1950-ci illərdə bir milyona yaxın miqrant üçün nəqliyyat təşkil etdi.
Beynəlxalq Nansen Təşkilatı
Beynəlxalq Nansen təşkilatı (fr. Office international Nansen pour les Réfugiés) 1930-cu ildə Frityof Nansenin ölümündən sonra Millətlər Liqası tərəfindən yaradılmışdır və əsas məqsədi onun tərəfindən yaradılan pasport bürosu kimi qaçqınlara kömək etməkdir. == Tarixi == 1922-ci ildə Nobel mükafatına layiq görülən Nansen mükafat məbləğini qaçqınlara yardım üçün ayırdı və 1930-cu ilin mayında ölümünə qədər bu işi davam etdirdi. Onun ölümündən sonra Millətlər Liqası qaçqınların işilə məşğul olacaq Nansen təşkilatını yaratdı və təşkilat 1 aprel 1931-ci ildən Cenevrədə fəaliyyətə başladı. Təşkilatın əsas vəzifəsi qaçqınlara maddi yardım göstərmək və siyasi dəstək vermək idi. Yeni yaradılmış təşkilat bir sıra problemlərlə üz-üzə qaldı. Davam edən erməni — türk böhranı Nansen təşkiltını 50 minə yaxın insanı 1935-ci ilə qədər köçürməyə məcbur etdi, onlardan 40 mini Suriya və Livana, 10 mini isə İrəvana köçürüldü. 1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsilə Avropada da qaçqınlara bağlı vəziyyət çətinləşdi. Nasistlərin antisemit siyasəti kütləvi yəhudi qaçqınlarını ortaya çıxardı. 1935-ci ildə Saarın Almaniyaya verilməsindən sonra təşkilat oradan 4 minə yaxın qaçqının Paraqvaya keçməsinə yardım etdi.
Beynəlxalq sağlamlıq təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Beynəlxalq standartlaşdırma təşkilatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. == Tarixi haqqında == XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
Beynəlxalq Rotery Təşkilatı
Beynəlxalq Rotary Təşkilatı (ing. Rotary International) — dünyanın ən böyük xidmət təşkilatlarından biridir. Təşkilatın saytında da qeyd edildiyi kimi, Rotarinin missiyası: "Başqalarına xidmət göstərmək, dürüstlüyü təşviq etmək, biznes, peşəkarlar və icma liderlərinin dostluğu vasitəsilə dünya anlayışını, xoş niyyəti və sülhü inkişaf etdirməkdir". Siyasi və dini olmayan bir təşkilatdır. Beynəlxalq Rotary Təşkilatına üzvü olan dünya üzrə 46000-dən çox Rotary Klubu olduğu bilinir var və bu klubların1.4 mliyon nəfərdən çox üzvü var. Klub üzvlərinə eyni zamanda Rotarian da deyilir. Rotarianlar həftədə bir dəfə rəsmi və ya qeyri-rəsmi görüşlər təşkil edib insanlığa faydalı ola biləcək layihələrin təşkili və onların gedişi barədə bir-birlərini məlumatlandırırlar. İlk Rotary Klubu 23 fevral 1905-ci ildə Çikaqoda Pol Harris tərəfindən təsis edilmişdir. Pol 1896-cı ildə vəkil işləmək üçün Çikaqoya getdi. Bir gün o, dostuna baş çəkməyə gedir və birlikdə nahar edirlər.
Beynəlxalq Rotary Təşkilatı
Beynəlxalq Rotary Təşkilatı (ing. Rotary International) — dünyanın ən böyük xidmət təşkilatlarından biridir. Təşkilatın saytında da qeyd edildiyi kimi, Rotarinin missiyası: "Başqalarına xidmət göstərmək, dürüstlüyü təşviq etmək, biznes, peşəkarlar və icma liderlərinin dostluğu vasitəsilə dünya anlayışını, xoş niyyəti və sülhü inkişaf etdirməkdir". Siyasi və dini olmayan bir təşkilatdır. Beynəlxalq Rotary Təşkilatına üzvü olan dünya üzrə 46000-dən çox Rotary Klubu olduğu bilinir var və bu klubların1.4 mliyon nəfərdən çox üzvü var. Klub üzvlərinə eyni zamanda Rotarian da deyilir. Rotarianlar həftədə bir dəfə rəsmi və ya qeyri-rəsmi görüşlər təşkil edib insanlığa faydalı ola biləcək layihələrin təşkili və onların gedişi barədə bir-birlərini məlumatlandırırlar. İlk Rotary Klubu 23 fevral 1905-ci ildə Çikaqoda Pol Harris tərəfindən təsis edilmişdir. Pol 1896-cı ildə vəkil işləmək üçün Çikaqoya getdi. Bir gün o, dostuna baş çəkməyə gedir və birlikdə nahar edirlər.
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) hökumətlərə və miqrantlara miqrasiya ilə bağlı xidmətlər və məsləhətlər verən Birləşmiş Millətlər Təşkilatıdır. , o cümlədən məcburi köçkünlər, qaçqınlar və işçi miqrantlar. BMqT 1951-ci ildə Avropa Miqrasiya üzrə Hökumətlərarası Komitə (ICEM) kimi İkinci Dünya Müharibəsi zamanı məcburi köçkün insanların məskunlaşmasına kömək etmək məqsədilə yaradılmışdır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatına çevrildi. Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin miqrasiya sahəsində fəaliyyət göstərən əsas agentliyidir. BMqT hökumətlərə və miqrantlara xidmətlər və məsləhətlər verməklə humanist və nizamlı miqrasiyanı təşviq edir. BMqT miqrasiya idarəçiliyinin dörd geniş sahəsində işləyir: miqrasiya və inkişaf, miqrasiyanın asanlaşdırılması, miqrasiyanın tənzimlənməsi və məcburi miqrasiyanın həlli. == Tarix == BMqT 1951-ci ildə İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın xaos və yerdəyişməsi nəticəsində yaranıb. O, ilk olaraq Avropadan Miqrantların Hərəkatı üzrə Müvəqqəti Hökumətlərarası Komitə (PICMME) kimi tanınırdı. Müharibə nəticəsində kökündən qovulmuş təxmini 11 milyon insan üçün köçürülmə ölkələrini müəyyən etməkdə Avropa hökumətlərinə kömək etmək səlahiyyəti olan BMqT 1950-ci illərdə bir milyona yaxın miqrant üçün nəqliyyat təşkil etdi.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (türk. Uluslarası Türk Kültürü Teşkilatı, abr. TÜRKSOY) — Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
İntersputnik Beynəlxalq kosmik rabitə təşkilatı
İntersputnik — Beynəlxalq kosmik rabitə təşkilatı. Tərkibinə 24 dövlətin daxil olduğu beynəlxalq hökümətlər arası təşkilatdır. Təşkilata CAR, Çin, Kanada və İsrailin də cəlb edilməsi planlaşdırılır. Peyk kanallarının istifadəsinin əsas istiqamətlərindən biri körpülərin təşkil edilməsidir. Sürətlə inkişaf edən yeni xidmətlər: İnternetin paylaşdırılması. Axınlar rəqəmli şəkildə təşkil olunur və sifariş telefon kanalı vasitəsilə həyata keçirilir. Bu xidmətdən geniş istifadə olunur məsələn Teleqlob; Direkt TV. Əks rabitəli kanaldır. Bu xidmət bank əməliyyatlari (satış, alış) üçün istifadə olunur.
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı (dan. FOA – Fag og Arbejde) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. 2005-ci ildə yaranmışdır. İttifaqın 47 yerli təşkilatı, 206 min üzvü var. 4 fəaliyyət sahəsinə bölünür: səhiyyə, pedaqoji, qida sənayesi, maşınqayırma sənayesi. İttifaq üzvlərinin əksəriyyəti dövlət müəssisələrində işləyir. Təşkilata hazırda Dennis Kristensen rəhbərlik edir.
Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatı
Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatı (ing. International Organization of Securities Commissions, IOSCO) — milli qiymətli kağızlar bazarı tənzimləyicilərini birləşdirən beynəlxalq maliyyə institutu. Təşkilatın mərkəzi ofisi İspaniyanın Madrid şəhərində yerləşir. Təşkilat 1974-cü ildə Amerikanın Qiymətli Kağızlar Komissiyaları arasında əməkdaşlığı stimullaşdırmaq məqsədilə qurulmuşdur. Daha sonra, 1983-cü ildə regional bir beynəlxalq təşkilatdan dünya beynəlxalq bir təşkilata çevrildi. Bu qərar Ekvadorun Kito şəhərində keçirilən bir konfransda qəbul edildi. 1986-cı ildə milli qiymətli kağızlar komissiyalarının investorlar hüquqlarının qorunması və qiymətli kağızlarla ticarət edən vasitəçilərin və gələcək müqavilələri alqı-satqısı edən vasitəçilərin fəaliyyətinin izlənilməsində təşkilat daxilində kömək göstərilməsinə dair bir qərar qəbul edildi. Beynəlxalq əməkdaşlığın inkişafındakı növbəti addım 1987-ci ildə bir texniki komitənin yaradılması idi. Bu komitənin əsas vəzifələri bunlardır: Milli qiymətli kağızlar və fyuçers bazarlarının hüquqi tənzimlənməsi sahəsində yaranan problemlərin öyrənilməsi; Nəticələrin ümumiləşdirilməsi və icmalların yekunlaşdırılması; Hüquqi tənzimləmə problemlərinin həllinə kömək edəcək tədbirlər təkliflərinin hazırlanması. Komitə iş hesabatları, mühasibat uçotu, təkrar qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsi, vasitəçilik fəaliyyətinin tənzimlənməsi və icra və uyğunluq mexanizmləri və məlumat mübadiləsi üzrə beynəlxalq standartları araşdırır.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.